• şənbə, 18 May, 14:41
  • Baku Bakı 19°C

İsrail Prezidenti: “Azərbaycan dünyaya və regiona böyük təsir göstərir”

30.05.23 14:26 932
İsrail Prezidenti: “Azərbaycan dünyaya və regiona böyük təsir göstərir”

"Avropanın, Asiyanın və İsraillə bağlı olan Yaxın Şərq regionunun enerji sektoruna təsir edən Azərbaycan dünyaya və regiona böyük təsir göstərir”.

"Report" xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra deyib.

“Ölkələrimiz arasındakı münasibətlər dünyanı necə dəyişə və irəliyə doğru addımlaya biləcəyimizin nümunəsidir”, - o bildirib.

İsrail Prezidentinin sözlərinə görə, iki ölkə elm, kənd təsərrüfatı və bir çox digər sahələrdə əməkdaşlığı sürətləndirmək üçün gələcəyə köklənib.

banner

Oxşar Xəbərlər