• cümə axşamı, 25 aprel, 01:30
  • Baku Bakı 19°C

İqtisadçı-ekspert: Yenidənqurma işlərinin sürətləndirilməsi üçün vəsait artırılacaq

25.05.23 16:43 464
İqtisadçı-ekspert: Yenidənqurma işlərinin sürətləndirilməsi üçün vəsait artırılacaq

Dövlət büdcəsinin gəlirlərində olan artım daha çox vergi və gömrük yığımlarında özünü göstərib. Yəni hər iki istiqamət üzrə böyük məbləğdə artımlar müşahidə edilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, bu artımlar imkan verir ki, dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun. Bunun da əsas səbəblərindən biri gəlirlərdə olan artımdır. Yəni gəlir artdığından xərc istiqamətlərinə bölüşdürülür. Bu da büdcəyə yenidən baxılması halında mümkündür: “Buna görə də aidiyyəti strukturlarda bu məsələ müzakirə mövzusudur və öz həllini tapacaq. Dövlət büdcəsinə edilmiş dəyişikliklərə əsasən, birinci istiqamət işğaldan azad edilmiş ərazilərimizdir ki, burada yenidənqurma və quruculuq işlərinin sürətləndirilməsi üçün vəsait əlavə ediləcək. Digər istiqamət isə dövlət başçısının vurğuladığı kimi hərbi quruculuq işləridir. Yəni mövqelərimizin möhkəmləndirilməsi milli təyinatlı xərclərin artırılmasıdır ki, bunların da büdcədə nəzərə alınması gözləniləndir”.

E.Əmirov bildirib ki, makroiqtisadi sabitliyin qorunması üçün ölkədə həyata keçirilən ən böyük addım manatın stabilliyinin qorunub saxlanılmasıdır. İnflyasiyanın səviyyəsinin tənzimlənməsi və inflyasiya artımının qarşısının alınması üçün bütün ölkələrdə olduğu kimi Azərbaycanda da ilk atılan addım sərt monetar siyasətdir. Çünki monetar siyasətin sərtləşdirilməsi nəticəsində inflyasiyanı müəyyən həcmdə cilovlamağa imkan verir: “Düzdür, bu, ölkədən-ölkəyə fərqlənir. Azərbaycanda sərt monetar siyasət inflyasiyanı ciddi şəkildə dəstəkləməyə imkan vermir. Bu isə bank sektorunda olan səbəblərdən qaynaqlanır. Lakin bütün hallarda monetar siyasət bir alət olaraq inflyasiyanın cilovlanmasında başlıca rol oynayır”.

banner

Oxşar Xəbərlər