• şənbə, 27 Aprel, 08:44
  • Baku Bakı 12°C

İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosuna yeni rəis təyin olundu

01.02.23 16:48 446
İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosuna yeni rəis təyin olundu

İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovniki Zamin Həsənov həmin vəzifəyə təyin edilib.

Xatırladaq ki, İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev ötən ilin may ayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

banner

Oxşar Xəbərlər