• çərşənbə, 16 Iyul, 13:40
  • Baku Bakı 34°C

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib

22.09.22 11:15 677
İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib

İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib.

Kaspi.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, tədbir Agentliyin və Azərbaycanın İsveçrədəki Səfirliyinin dəstəyi ilə baş tutub. Konfransda hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre, SACCI-nin prezidenti Klaude Haegi, KOBIA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev, “SOCAR Trading” şirkətinin prezidenti Məryəm Almaszadə və “İSR Holdinq” MMC-nin baş icraçı direktoru Rauf Xəlilov ölkələrimiz arasında əməkdaşlığa, palatanın fəaliyyətinə, iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair çıxış ediblər.

Konfrasnda palatanın yeni strukturu təsdiqlənib, İdarə Heyəti və palataya yeni üzvlər seçilib, qarşıdakı dövrdə palata çərçivəsində görüləcək işlər müzakirə edilib, SACCI-yə üzv olan Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib.

banner

Oxşar Xəbərlər