• cümə, 19 Aprel, 05:34
  • Baku Bakı 18°C

Hacıqabul gölünün bərpası ilə bağlı İşçi Qrup yaradılacaq

26.01.23 15:52 619
Hacıqabul gölünün bərpası ilə bağlı İşçi Qrup yaradılacaq

"Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı İşçi Qrup yaradılacaq".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, göl quruyub və ətrafındakı torpaqlardan başqa məqsədlər üçün istifadə olunur: “Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələ ilə bağlı İşçi Qrup yaradılacaq və arayış hazırlanacaq. Ötən ildən mövcud məsələ iş planına daxil edilsə də, məsələ həllini tapmamışdı. Ona görə də qərara alınıb ki, mövzunu yenidən müzakirəyə çıxaraq”

banner

Oxşar Xəbərlər