• şənbə, 20 Aprel, 06:53
  • Baku Bakı 14°C

Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

26.05.23 11:45 863
Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 29-da saat 18:00-da Gəncə Dövlət Dram Teatrında “Qağayı” tamaşası ilə çıxış edəcək.

A.Çexovun “Qağayı” əsəri əsasında hazırlan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.

Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsilə qabardılıb.

Səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Şövqi Hüseynov, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Bəhram Həsənov, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Hilal Dəmirov, Ümman Budaqov iştirak edirlər.

banner

Oxşar Xəbərlər