• cümə, 29 Mart, 11:05
  • Baku Bakı 5°C

Füzulidə 6 yaşayış binasının tikintisinə 14 milyon manat xərclənəcək

08.08.22 14:00 742
Füzulidə 6 yaşayış binasının tikintisinə 14 milyon manat xərclənəcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 8,9 hektar torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Kaspi.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “El-Seym İnşaat” QSC və “SNT İnşaat Şirkəti” konsorsiumudur.

Qalib konsorsiuma 14,436 milyon manat ödəniləcək.

banner

Oxşar Xəbərlər