• şənbə, 20 Aprel, 06:58
  • Baku Bakı 14°C

Evdən oğurladığı pulları Bakıda əyləncəsinə xərclədi

05.01.23 14:00 4680
Evdən oğurladığı pulları Bakıda əyləncəsinə xərclədi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Çəmənli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Zahid Sədiyev saxlanılıb.

Araşdırmalarla onun 3 960 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat nağd pul oğurladığı müəyyən olunub. Z.Sədiyev dindirilərkən ələ keçirdiyi məbləği Bakı şəhərində öz əyləncəsinə xərclədiyini etiraf edib.

Onun barəsində Bərdə RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

banner

Oxşar Xəbərlər