• cümə, 29 Mart, 17:52
  • Baku Bakı 14°C

Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

13.03.23 10:45 476
Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır:“Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta  ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.

E.Əmrullayev vaxtilə kolleclər vasitəsilə müəllim hazırlığının həyata keçirildiyini xatırladıb. O bildirib ki, həmin vaxt oxuyub-yazma savadı olan şəxslərin sayı da az olub: "Kollec məzunlarına məktəblərdə dərs keçmək imkanı verilirdi. Bu, əvvəlki illərin reallığı idi. Sadə dillə desək, hazırda orta ixtisas təhsili ortada qalıb. Bunu indi subbakalavr dərəcəsi kimi müəyyən etmişik. Hazırda bu ali təhsilin pilləsinin bir səviyyəsi deyil. Bir çox ölkələrdə kolleclər ali təhsilin bir hissəsi kimi tanınır. Hazırda kolleclər müstəqil fəaliyyət göstərir".

banner

Oxşar Xəbərlər