• cümə, 19 Aprel, 09:13
  • Baku Bakı 13°C

Dünyanın ən uzun avtobus turu İstanbuldan başlaya bilər

24.03.23 17:07 1322
Dünyanın ən uzun avtobus turu İstanbuldan başlaya bilər

Türkiyənin İstanbul şəhərindən İngiltərənin paytaxtı Londona avtobusla dünyanın ən uzun nəqliyyat turu təşkil edilə bilər.

Oxu.az xəbər verir ki, Hindistanın “Adventures Overland” səyahət şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan nəqliyyat turu 22 ölkədən keçməklə 56 gün davam edə bilər.

Səyahət layihəsinin 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulmuş, lakin pandemiya səbəbindən işlər dayandırılmışdı.

Hazırda 12 min kilometrlik səyahət turunun 2023-cü ilin avqustunda fəaliyyətə başlaması üzərində iş aparılır.

Mənbə: Euronews.com  

banner

Oxşar Xəbərlər