• çərşənbə axşamı, 05 noyabr, 13:10
  • Baku Bakı 13°C

Doğma çay “Azerçay” yeni reklam filmini təqdim etdi

27.03.24 11:12 3392
Doğma çay “Azerçay” yeni reklam filmini təqdim etdi

İstehlakçılara təqdim olduğu ilk gündən milli-mənəvi dəyərlərimizin, tariximizin və mədəniyyətimizin təbliğini prioritetlərindən hesab edən doğma çay “Azerçay” Azərbaycanın məşhur simaları ilə reklam çarxı hazırlayıb.

Xalq artisti Alim Qasımov, məşhur aparıcılar Azər Qərib və Nailə İslamzadə, “Qarabağ” futbol klubunun sevilən oyunçusu Toral Bayramovun yer aldığı çarxın süjeti iki xətdən ibarətdir.

#qürurduyuruq söyləyərək ərsəyə gətirilmiş reklamda məşhur simalarla bərabər “Azerçay”ın hazırlanması və istehlakçılara təqdim olunmasında mühüm rol oynayan fermer, istehsalatda çalışan əməkdaş, satış təmsilçisi və mağaza satıcısı da yer alıb.

 

Qeyd edək ki, Azərbaycanın çay adət-ənənələrini yaşadan, doğma çay markası olan “Azerçay”, bir çox sosial layihələrin təşkilatçısı və dəstəkçisidir. Dünyanın 40 ölkəsinə satışı həyata keçirilən adıçəkilən brend xarici istehlakçıların da sevgisini qazanaraq, “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.

banner

Oxşar Xəbərlər