Dekabrda Bakıya qar yağmayacaq
“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq”.
Kaspi.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
U.Tağıyeva əlavə edib ki, Azərbaycanda orta sutkalıq temperaturun 10 dərəcədən yüksək olan dövrünün davamiyyəti 20 günə qədər artıb:
“Regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım əsasən dağlıq ərazilərdə müşahidə olunur. Bu, isti qurşaqların sərhədinin 150-200 metrədək yüksəlməsinə səbəb olur. Bu bizə isti sevən bitkilərin əkin sahələrini artırmaq imkanı yaradır. Beləliklə, iqlim dəyişikliyinin mənfi təsirlərindən faydalana bilərik".