çərşənbə axşamı, 03 oktyabr, 16:54

Baku Bakı 24°C

Bu şəxslər 50 yaşdan pensiyaya çıxa biləcək? - Təqaüd yaşı minimuma endirilə bilər

icon 842 icon 31 may 2023 | 14:46 Bu şəxslər 50 yaşdan pensiyaya çıxa biləcək? - Təqaüd yaşı minimuma endirilə bilər

Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Tahir Kərimli pensiya yaşının azaldılmasını təklif edib.

Deputat deyib ki, bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi bizdən aşağıdır: “Qadınlar 59, kişilər isə 62 yaşında pensiyaya çıxarılsın. Eyni zamanda 3 övladı olanlar 55, 5 övladı olanlar isə 50 yaşdan pensiyaya çıxsınlar.Eyni zamanda 3 övladı olanlar 55, 5 övladı olanlar isə 50 yaşdan pensiyaya çıxsınlar”.

Bəs ölkəmizdə pensiya yaşı azaldıla bilər?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, pensiya yaşının azaladılması müzakirəsi neçə vaxtdır ki, ölkəmizdə gedir.

"Xarici ölkələrin təcrübəsinə nəzər salsaq pensiya yaşı ömürü uzunluğu ilə müəyyənləşir. Bu baxımdan ölkəmizin statistik göstəricilərinə görə ömür uzunluğu 72-i yaşdır. Bu səbəbdən hesab edirəm ki, ölkəmizdə pensiya yaşına çıxma həddinin minumuma endirilməsinə ehtiyac var. Deputatın dediyi yaş həddi məqsədəuyğun olardı. Belə ki, qadınların 59, kişilərin isə 62 yaşında pensiyaya çıxarılması vurğulanır. Pensiya yaşının azaldılması üçün iqtisadi baza yaradılmalı, maliyyə resursu olmalıdır. Bunun üçün özəl pensiya fondlarının fəaliyyəti genişləndirilməli və tətbiq edilməlidir."

Ekspert qeyd edib ki, dövlət tərəfindən bu sahəyə ayrılan vəsaitin çoxaldılmasına ehtiyac var.

"Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun büdcəsi buna imkan verir. Lakin pensiya islahatlarının keçirilməsinə ehtiyac var. Ölkədə əmək müqavilələrinin bağlanmasıyal bağlı hələ dəproblemlər var. Belə problemləri aradan qaldırmaqla pensiya yaş həddinin aşağı endirilməsinin iqtisadi bazasını yaratmaq olar. Müşahidələr onu göstərir ki, hər il DSMF-in büdcəsində istifadə olunmmış vəsait qalır. Bu vəsaiti də insanların təqaüdünə yönəltmək olar. Başqa bir tərəfdən isə insanlar pensiyaya çıxma yaş həddinin azaldılması əmək bazarına da öz müsbət təsirini göstərə bilər. Gənclər üçün yeni iş yerlərinin açılmasına şərait yaranır", - deyə E.Kərimli qeyd edib.