çərşənbə axşamı, 03 oktyabr, 17:47

Baku Bakı 24°C

Bəzi avtomobillərin qiyməti ucuzlaşacaq

icon 790 icon 31 may 2023 | 16:09 Bəzi avtomobillərin qiyməti ucuzlaşacaq

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.

Vergi Məcəlləsinə edilən bu dəyişiklik Azərbaycanın avtomobil bazarında qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, yerli istehsal olunan avtomobillərin qiyməti ucuzlaşacaq.

“Nümunə olaraq göstərmək olar ki, ölkəyə idxal olunan hibrid və elektromobillərin ƏDV-dən azad edilməsindən sonra həmin avtomobillərin qiyməti ucuzlaşdı. Bu gün Azərbaycanda istehsal edilən avtomobillərin sayı il ərzində 2 min ədəddir. Bu səbəbdən avtomobil bazarına təsir etmək gücü yoxdur. Lakin il ərzində azı 10 min avtomobil istehsal olunarsa, bu halda avtomobil bazarında digər qiymətlərin də nisbətən ucuzlaşmasına səbəb ola bilər. Düşünürəm ki, yaxın beş ildə bu, mümkün olacaq”, - deyə ekspert qeyd edib.