• cümə, 19 Aprel, 20:46
  • Baku Bakı 24°C

Bakıda dünya çempionatına həsr olunmuş konsert keçiriləcək

27.05.23 00:15 711
Bakıda dünya çempionatına həsr olunmuş konsert keçiriləcək

Mayın 27-də Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçiriləcək.

Kaspi.az xəbər verir ki, konsertin əsas ulduzları Xalq artistləri Aygün Kazımova və Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadacaqlar. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcəklər.

Saat 18:00-da başlayacaq möhtəşəm konsert proqramına giriş ödənişsizdir.

Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. İki minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə minədək idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. Çempionata “Baku Crystal Hall” ev sahibliyi edəcək.

banner

Oxşar Xəbərlər