çərşənbə axşamı, 30 may, 18:39

Baku Bakı 33°C

Bakıda binada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib

icon 100 icon 26 may 2023 | 09:20 Bakıda binada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.

Bu barədə Kaspi.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.