çərşənbə, 08 Fevral, 04:03

Baku Bakı 3°C

Bakı Uşaq və Gənclər Teatrı Mingəçevir səfəri

icon 305 icon 24 yanvar 2023 | 10:45 Bakı Uşaq və Gənclər Teatrı Mingəçevir səfəri

20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar  Bakı Uşaq və Gənclər Teatrı Mingəçevir şəhərində səfərdə  olub.  Mingəçevir Dövlət Dram Teatr ilə birgə həmin şəhərdə yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarı üzərinə gül dəstələri qoyublar. Daha sonra Mingəçevir Dövlət Dram Teatrında Bakı Uşaq və Gənclər Teatrının repertuarında fəxri yeri olan  bir ailənin timsalında qələbə üçün keçirdiyimiz qürur dolu kədər, sevinc öz əksini tapıb. “Cənnətə bilet” tamaşası nümayiş olunub.
Tamaşada ll Qarabağ müharibəsində baş vermiş hadisələrdən söhbət açılır. Qürurla yola saldığı qəhrəmanımızın ailəsinin keçirdikləri narahatlıq, hiss-həyəcan öz əksini tapıb. Şəhidin 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. "Bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar.
Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında hazırlanan, torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə həsr olunmuş "Cənnətə bilet" tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru İlhamə Əhmədova, quruluşçu rəssam Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, dekor müəllifi Ceyhun Həşimovdur.
Səhnə əsərində teatrın aktyorlarından Qurban Əhmədov (II Qarabağ Müharibəsi iştirakçısı), Mehman Piriyev, Flora Hüseynova, Türkan Şahmarlı, Toğrul İsabəyli, Əli Babayev çıxış edir.
Tamaşada Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimaiyyəti iştirak ediblər.