Azərbaycanın komandası STEAM üzrə yarışmada birinci yeri tutub
Qazaxıstanda rəqəmsallaşma üzrə "Digital Almatı: rəqəmsal tərəfdaşlıq yeni reallıqda" beynəlxalq forumu keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Forum çərçivəsində keçirilən STEAM üzrə yarışmada ölkəmizi təmsil edən “VEX IQ (Robototexnika)” komandası 191 balla birinci yeri tutub.