• çərşənbə axşamı, 23 aprel, 13:50
  • Baku Bakı 24°C

Azərbaycanın baş konsulu ABŞ-da həlak olmuş hərbçilərin anım mərasimində iştirak edib

30.05.23 10:45 912
Azərbaycanın baş konsulu ABŞ-da həlak olmuş hərbçilərin anım mərasimində iştirak edib

Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Ramil Qurbanov Los-Anceles Milli Qəbiristanlığında həlak olmuş hərbçilərin şərəfinə təşkil edilən müharibə qurbanlarının anım mərasimində iştirak edib.

“Report” xəbər verir ki, baş konsul bu barədə tviterdəki hesabında bildirib. Mərasimdə Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğu adından əklillər qoyulub.

“Öz Vətənində sülh uğrunda canından keçən hər kəsə ehtiramla”, - baş konsul qeyd edib.

banner

Oxşar Xəbərlər