• cümə, 19 Aprel, 03:31
  • Baku Bakı 18°C

Azərbaycanda dördillik qeyri-neft məhsullarının ixracı strategiyası hazırlanıb

01.02.23 17:15 574
Azərbaycanda dördillik qeyri-neft məhsullarının ixracı strategiyası hazırlanıb

Bu ilin birinci rübündə Azərbaycan Respublikası 2023-2026-cı illər üzrə qeyri-neft məhsullarının ixracı strategiyasının təsdiqlənməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müvafiq qurumlardan rəylər alınıb, biznes subyektləri ilə layihənin müzakirəsi aparılıb: "Strategiya çərçivəsində qeyri-neft ixracının artırılması, ixracda çətinliklərin həlli yolları öz əksini tapıb".

O xatırladıb ki, 2016-cı ildən etibarən ölkədə " Made in Azerbaijan" brendi təşviq edilir: “Bu təşviqə beynəlxalq sərgilərdə ölkə stendi ilə təqdimatlar, xarici ölkələrə ixrac missiyaların və alıcı missiyaların təşkili nəzərdə tutulur. Bura həmçinin beynəlxalq sertifikatların alınmasına dəstək, bazar araşdırmalarına dəstək aiddir. Biz bu il daha çox təşviqat tədbirləri, həmçinin institusiollaşma istiqamətində tədbirləri həyata keçirməyi planlaşdırırıq".

banner

Oxşar Xəbərlər