• çərşənbə axşamı, 21 oktyabr, 17:52
  • Baku Bakı 18°C

Ziya Bünyadov prospektində ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

02.04.21 14:45 776
Ziya Bünyadov prospektində ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
APA-nın məlumatına görə, xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib.
"Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”,-deyə V.Cavadov bildirib.

banner

Oxşar Xəbərlər