• cümə, 19 Aprel, 14:08
  • Baku Bakı 25°C

Zəngəzur dəhlizi ilə bağlı növbəti mesaj Bakıdan yox, məhz Naxçıvandan verildi

12.05.21 21:45 665
Zəngəzur dəhlizi ilə bağlı növbəti mesaj Bakıdan yox, məhz Naxçıvandan verildi
Prezident İlham Əliyevin Naxçıvan səfəri Azərbaycan üçün siyasi, iqtisadi-sosial əhəmiyyətindən başqa, daha çox mühüm regional və qlobal əhəmiyyət daşıyır. Naxçıvan həmişə strateji cəhətdən mühüm bir bölgə olub. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Ümummilli Liderimiz siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi qayğı və diqqət göstərib. Bu amil də torpaqlarımıza zaman-zaman göz dikən bədxah və yaramaz erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmalarında mühüm rol oynayıb.
Prezident İlham Əliyev bu ənənəni, siyasi xətti uğurla davam etdirir. Naxçıvana daim xüsusi diqqət göstərilir, Naxçıvanın Azərbaycanın qədim diyarı, qədim torpağı olması hər zaman ön plana çəkilir.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
M.Cəfərov qeyd edib ki, dövlət başçısının Naxçıvana səfəri Naxçıvanın müdafiə və təhlükəsizlik potensialının möhkəmlənməsinə hesablanmış addımdır. Burada hərbi aerodromun və hərbi hospitalın açılışı da bunun əsas göstəricilərindəndir. Naxçıvanın müdafiə potensialı gündən-günə daha da möhkəmlənir. Ordu ən müasir silah və texnika ilə təchiz edilir. Naxçıvan ordusunun təmin olunduğu hərbi texnika ən qabaqcıl ölkələrdə olan texnikalardan heç də geri qalmır. Hətta muxtar respublikaya ən müasir, ən son texnologiyalara əsaslanmış texnika gətirilib. Bütövlükdə, Azərbaycan Ordusu xaricdən gətirilmiş ən yüksək səviyyəli texnikalarla təmin olunur.
"Səfər zamanı Prezident İlham Əliyev bir daha qətiyyətlə vurğuladı ki, Zəngəzur dəhlizi mütləq açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də. Dövlətimizin başçısı bu dəfə növbəti mesajını Bakıdan yox, məhz Naxçıvandan verdi. Ölkəmizin başçısının da qeyd etdiyi kimi, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ artıq bitib. Mənfur düşmənin işğalçı siyasəti Naxçıvanı 30 illik blokda şəraitində saxladı, lakin dövlətimizin qayğısı və diqqəti Naxçıvanı ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevirdi. Hazırda icra olunan infrastruktur layihələri bu bölgəni daha da canlandırıb, ölkənin turizm potensialı güclü olan mərkəzinə çevirəcək”, - deyə deputat vurğulayıb.
Müşfiq Cəfərov bildirib ki, Azərbaycan əraziləri hesabına öz dövlətini yaradan ermənilər vaxtilə təkcə əzəli dədə-baba yurdumuz olan Zəngəzuru ələ keçirməklə kifayətlənməyərək Naxçıvana da sahib çıxmaq istəyiblər. Lakin daşnakların "böyük Ermənistan" xülyası reallaşmayıb.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra ermənilərin revanşist fikirləri Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. İşğalçı ölkə bunu birdəfəlik anlamalıdır. Əks halda, "dəmir yumruq” yenə də öz işini görəcək.
banner

Oxşar Xəbərlər