• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

Zahid Oruc: “Qarabağın azərbaycanlı icmasının ləğvi dünyaya daha iki mesajın verilməsidir”

04.05.21 11:47 621
Zahid Oruc: “Qarabağın azərbaycanlı icmasının ləğvi dünyaya daha iki mesajın verilməsidir”
""Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin ləğvi Vətən Müharibəsində qələbəmizin siyasi nəticəsidir və Birinci Qarabağ savaşının mirası ilə vidalaşmaq deməkdir”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, vaxtilə ölkə daxilində və beynəlxalq aləmdə bir milyon insanın hüquqlarını qorumaq məqsədini qarşıya qoyan təşkilatın mövcud olduğu 15 ildə xidmətləri danılmazdır, eləcə də dövlətimizin hüquqi-siyasi mövqeyinin güclənməsində, düşmən tərəfinin danışıqlarda müstəqil tərəf kimi iştirak planlarının iflasa uğradılmasında qurum əhəmiyyətli rol oynayıb: "İcmanın ləğvi daha iki mesajın dünyaya verilməsidir. Birincisi, status olmayacaq. Yəni "erməni icması” anlayışı qəbul edilməyəcək, onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub yaşaya bilərlər. Nəhayət, azərbaycanlı icmasının ayrıca ictimai-siyasi vahid kimi ləğvi Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır. Qoy Minsk qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi - Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözsün”.

Komitə sədri qeyd edib ki, indi xalqımız hərbi Qələbədən sonra mühüm çağırışlar qarşısındadır: "Biz işğal dövrünün bütün strukturlarını qələbə zamanına uyğunlaşdırmağı bacarmalıyıq”.
banner

Oxşar Xəbərlər