• cümə, 19 Aprel, 22:16
  • Baku Bakı 24°C

Zahid Oruc ABŞ Dövlət Departamentinin hesabatını qeyri-obyektiv adlandırıb

02.04.21 12:37 558
Zahid Oruc ABŞ Dövlət Departamentinin hesabatını qeyri-obyektiv adlandırıb
"Ombudsmana müraciətlərin hansı sahələr üzrə - sosial hüquqlar, məmur-vətəndaş münasibətləri, məhkəmələr və ya digər sahələr bağlı olduğunu birgə müəyyənləşdirməliyik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
Deputat qeyd edib ki, Ombudsmanın məruzəsində hərbi xidmət zamanı sağlamlığına zərər dəymiş hərbi qulluqçulara, həmçinin xidmət zamanı həlak olmuş və ya xidmət zamanı aldığı xəsarət və xəstəlik nəticəsində əlil olan şəxslərlə bağlı sığorta ödənişinin verilməsində mövcud olan problemlər haqlı olaraq əksini tapıb: "Məruzədə müharibə ilə əlaqədar əlilliyin müəyyən edilməsində hərbçilərin üzləşdiyi problemlər vurğulanıb və həlli üçün təkliflər verilib”.
Deputat bildirib ki, insan hüquqlarını iqtisadi və siyasi maraqlarının təminatı alətinə çevirən beynəlxalq təşkilatların hesabatlarının dəyərləndirilməsi, onların bir ovuc şəxs üzərindən 10 milyonluq ölkədə insan haqlarına və azadlıqlara dair etalon kimi dəyərləndirilməsinə münasibət bildirilməsi Ombudsmanın məruzəsinə əlavə edilə bilər və bu, sənədin xarici mərkəzlər üçün əhəmiyyətini daha da artırar: "İki gün öncə ABŞ Dövlət Departamentinin hesabatını oxuyarkən, müxalif saytlarda dərc olunan məqalə müddəalarının nüfuzlu Dövlət Departamentinin ali sənədində əksini tapmasına təəssüfümüzü bildirir, Vətən müharibəsini qazanan bir xalqın təmin olunan onlarla hüquqları haqda bir cümlə belə yazılmamasını qeyri-obyektiv hal kimi qiymətləndiririk”.
Deputat Ombudsmanın məruzəsində görmək istədiyi bir neçə məsələyə dair də təkliflərini səsləndirib.
banner

Oxşar Xəbərlər