AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xarici işlər nazirinin müşaviri: “Ermənistan Türkiyə ilə heç bir danışıq aparmır”

Xarici işlər nazirinin müşaviri: “Ermənistan Türkiyə ilə heç bir danışıq aparmır”

Təfsilat
19 Aprel 2021, 14:45 904
"Ermənistan Türkiyə hakimiyyəti ilə diplomatik əlaqələrin qurulması və dövlət sərhədlərinin açılması ilə bağlı danışıqlar aparmır”.
 
APA-nın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan mətbuat konfransında bildirib.
 
"Vurğulamalıyam ki, Ermənistanla Türkiyə arasında bu məsələ ilə bağlı heç bir danışıqlar planlaşdırılmır”, - deyə o qeyd edib.
 
M. Ayvazyan Osmanlı imperiyasında ermənilərin qondarma "soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasət prioriteti olaraq qalmağa davam etdiyini əlavə edib: "Bizim siyasətimizdə heç nə dəyişməyib”.