• cümə, 27 Iyun, 15:45
  • Baku Bakı 29°C

Xaricdə təhsillə bağlı ilk beşlikdə olan ölkələr 

26.06.25 00:11 177
Xaricdə təhsillə bağlı ilk beşlikdə olan ölkələr 

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na qəbul çərçivəsində builki müraciətlərdə ilk beşlikdə yer alan ölkələr sırasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Avstraliya və İtaliya qərarlaşır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, ən çox üstünlük verilən ixtisas istiqamətləri informasiya texnologiyaları, dövlət idarəçiliyi, mühəndislik, statistika və verilənlərin təhlili, eləcə də təhsil sahələridir.

banner

Oxşar Xəbərlər