Xalq artisti Rasim Balayevlə görüş keçiriləcək
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində növbəti görüş təşkil ediləcək.
Baş İdarədən bildirilib ki, layihənin budəfəki qonağı Xalq artisti Rasim Balayev olacaq.
Görüş oktyabrın 4-də saat 14:00-da Mərdəkan Mədəniyyət Sarayında gerçəkləşəcək.