• şənbə, 20 Aprel, 16:27
  • Baku Bakı 23°C

Vüsal Kərimli: "BNA-nın tələbi ilə qarajların sayı 36-ya çatıb"

28.04.21 11:55 367
Vüsal Kərimli: "BNA-nın tələbi ilə qarajların sayı 36-ya çatıb"
Avtobusların istismar bazasının olması onların saxlanması üçün əsas amillərdən biridir.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2015-ci ilə qədər qarajlar bərbad vəziyyətdə idi, bir çox daşıyıcılar avtobusları yol kənarında saxlayırdı, sürücülərin tibbi yoxlanışı olmurdu, əmək müqaviləsi ilə işləmirdi: "İctimai nəqliyyat əsas ictimai xidmətlərdən biridir. Bura gətirilən avtobuslar son beynəlxalq tələbələrə cavab verdiyinə görə 10-15 ilə qədər öz qiymətini doğrulda bilər. Amma burada əsas məqsəd əhalinin əsas sosial qisminin rahat nəqliyyata təmin olunmasıdır. BNA-nın tələbi ilə qaraj infrastrukturu düzəlib, sayı 36-ya çatıb. Bunlardan 11-i standartlara uyğundur, onlardan 9-u dövlət, ikisi daşıyıcı şirkətlərə aiddir, digərlərinin yaxşılaşması üçün də işlər görülür”.

banner

Oxşar Xəbərlər