• şənbə, 20 Aprel, 12:48
  • Baku Bakı 23°C

Vüsal Kərimli: "2015-ci ildən indiyədək 968 avtobus yenilənib"

28.04.21 11:13 342
Vüsal Kərimli: "2015-ci ildən indiyədək 968 avtobus yenilənib"
"İqtisadiyyatın inkişafı ilə şəhər nəqliyyatında da dayanıqlı inkişaf olub. Bakı Nəqliyyat Agentliyinin əsas işi gün ərzində ictimai nəqliyyatla hərəkət edən insanların evlərinə rahat çata bilməsidir”.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, BNA 5 il müddətində ictimai nəqliyyatın inkişafını həyata keçirib: "Avtobus parkı 2015-ci ildən ciddi fərqlənir. Həmin ildən bugünədək yenilənən avtobus sayı 968 olub (724 ədədi dövlət, 244 ədədi özəl), ötən il isə 119 avtobus (115 ədədi dövlət, 4 ədədi özəl) yenilənib. Hər gün yeni avtobuslarla gündəlik 630 mindən çox sərnişin daşınır”.

banner

Oxşar Xəbərlər