• cümə axşamı, 28 mart, 15:41
  • Baku Bakı 16°C

Vətəndaşlarımızın ABŞ səfirliyinə işə qəbulu “verbovka” elementidir

19.04.21 16:00 1195
Vətəndaşlarımızın ABŞ səfirliyinə işə qəbulu “verbovka” elementidir
"Rusiyalıların ABŞ səfirliyinə işə qəbulu "verbovka” işinin elementidir. Bundan sonra ABŞ səfirliyinin bu cür imkanı olmayacaq”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya 1” telekanalında yayımlanan "60 minut” verilişində bildirib.
"ABŞ səfirliyi ilə bağlı bir maraqlı detal var ki, bu, hamının gözündən yayınıb. Məsələ ondadır ki, amerikalılar səfirliklərinin olduğu ölkədən işçi qəbul edən zaman dərhal belə bir şərt irəli sürürlər: ABŞ-da yaşayış üçün icazə verirlər, daha sonra isə vətəndaşlıq və buna uyğun olaraq maaş, bonus ödənişləri... Bunu "verbovka” işinin elementi kimi qiymətləndirmək olar. Bu və ya digər hallarda əmək müqaviləsi ilə işləməyə gələn insanlar öz gələcək dövlətinə işləməyə başlayır. Onların gələcək dövlətlərindəki statusu isə həmin insanların gördükləri işin keyfiyyətindən asılıdır. İndi nə ABŞ-ın, nə də Çexiyanın ölkəmizin vətəndaşlarını öz səfirliklərində işə götürmək imkanları var”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
banner

Oxşar Xəbərlər