• şənbə, 20 Aprel, 20:37
  • Baku Bakı 24°C

Uşaqlara çox vitamin verilməsi toksik vəziyyətə səbəb ola bilər

07.01.23 04:15 580
Uşaqlara çox vitamin verilməsi toksik vəziyyətə səbəb ola bilər

Bəzi analar uşaq xəstələnəndə, iştahasız və narahat olanda dərhal ona vitamin qəbul etdirirlər. Əslində isə bu, onun sağlamlığında bəzi problemlər meydana çıxara bilər.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Telman Aytayev bununla əlaqədar deyib: “Uşağa yerli-yersiz vitamin verilməsi düzgün deyil. Vitaminlərin çox olması toksik vəziyyətə gətirib çıxara bilər. Ona görə də bunu həkim göstərişi və nəzarəti olmadan etmək düzgün deyil. İldə bir, maksimum iki dəfə uşağa vitamin kompleksi verilə bilər. Lakin bundan artıq vitamin qəbul edilməsi böyrəklər, qaraciyər və digər orqanlarda fəsadlara səbəb olur.

Əslində bu, qidalanma ilə də əlaqədardır, yəni davamlı olaraq vitamin verilməsi tövsiyə olunmur. Bir ay müddətində uşaq vitamin qəbul edirsə, ondan sonra 6-8 ay fasilə verilməlidir, çünki vitaminlərin bir xüsusiyyəti də var: C vitaminindən başqa bütün vitaminlər qaraciyərdə depolanır və artıq olanda onun fəsadları üzə çıxır”.

banner

Oxşar Xəbərlər