• cümə, 19 Aprel, 11:09
  • Baku Bakı 13°C

UEFA-da yeni vitse-prezident

21.09.17 10:45 1226
UEFA-da yeni vitse-prezident
İtaliya Futbol Federasiyasının baş katibi Mikel Uva UEFA-nın vitse-prezidenti təyin edilib.
Kaspi.az xəbər verir ki, Uva bu postda ispan Anxel Mariya Vilyarı əvəz edib. Vilyar iyul ayında postundan getmişdi. O, İspaniya Kral Futbol Federasiyasının prezidenti idi.
İyulun 18-də İspaniya polisi federasiyanın ofisində axtarış aparmış, 10-a yaxın futbol məmurunu həbs etmişdi. Həbs edilənlər arasında Anxel Mariya Vilyar və oğlu da var idi.
İyulun 25-də isə Vilyar məhkəmənin qərarı ilə bir il müddətinə federasiya prezidenti postundan uzaqlaşdırılıb. Federasiyanın həbs edilən funksionerləri korrupsiyada ittiham olunurlar.
banner

Oxşar Xəbərlər