• cümə, 29 Mart, 03:28
  • Baku Bakı 7°C

Udilər Laçında "Ağoğlan" monastırında Pasxa bayramını qeyd edib

11.05.21 16:45 1056
Udilər Laçında "Ağoğlan" monastırında Pasxa bayramını qeyd edib
Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı "Ağoğlan" monastırını ziyarət ediblər.
APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər.
İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.
banner

Oxşar Xəbərlər