• şənbə, 27 Aprel, 16:36
  • Baku Bakı 27°C

“Türkiyədə Qərbi Azərbaycan izləri” 

17.02.24 00:32 3278
“Türkiyədə Qərbi Azərbaycan izləri” 

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qərbi Azərbaycan türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natavan Abbaslı ekran işinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.

Layihə rəhbəri Aqil Ələsgər filmlə  bağlı fikirlərini bölüşüb: “Cənab Prezident, Müzəffər Ali  Baş Komandanın 30 illik Qarabağ həsrətinə son verməsi Azərbaycan xalqının qələbə ruhunu özünə qaytardı. Bu zəfər bizim üçün digər zəfərlərin də mündəricatı sayıla bilər. Hesab edirik ki, o torpaqlara qayıtmaq bizim ən təbii haqqımızdır. Bu baxımdan İrəvan, Göyçə, Zəngəzur bizim üçün bir xəyal deyil, hədəfdir. Bu filmdə Türkiyədə yaşayan, orada Cümhuriyyətin qurulmasında və inkişafında xidmətləri olan azərbaycanlılarla bağlı məlumatlara yer vermişik”.
Daha sonra film nümayiş olunub. Nümayişdən sonra ekran işi barədə fikirlər səsləndirilib.

 

banner

Oxşar Xəbərlər