• cümə axşamı, 28 mart, 18:40
  • Baku Bakı 13°C

Türkiyə XİN: ABŞ Dövlət departamentinin dini azadlıqlara aid raportunda ölkəmizə dair bölmə obyektivlikdən uzaqdır

14.05.21 15:30 994
Türkiyə XİN: ABŞ Dövlət departamentinin dini azadlıqlara aid raportunda ölkəmizə dair bölmə obyektivlikdən uzaqdır
ABŞ Dövlət departamentinin "2020-ci ilə dair beynəlxalq dini azadlıqlar haqqında raport”unda Türkiyədə dair bölmə obyektivlikdən uzaq bir şəkildə qələmə alınıb. Türkiyə hər zaman fərqli dini inanclara sahib tərəflərin sülh və rahatlıq içində yaşadığı ictimai zənginliyə sahib olub.
AZƏRTAC xəbər verir ki, bu ifadələr sözügedən məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.
Türkiyədə bütün vətəndaşların din və ibadət azadlığının daha da inkişafı üçün sözdə deyil, reallıqda addımlar atıldığının diqqətə çatdırıldığı açıqlamada bildirilir ki, cari il martın 2-də qəbul edilmiş Türkiyədə "İnsan Haqlarının Fəaliyyəti Proqramı”nda din və vicdan azadlığının müdafiəsi ilə məşğul olan təşkilatların işinin azad və rahatlığı üçün hədəflərə geniş yer verilib. Bütün vətəndaşlarımızın din və ibadət azadlığının qorunması istiqamətində sərgilədiyimiz iradə tamdır və bundan sonra da eyni şəkildə davam edəcəkdir.
banner

Oxşar Xəbərlər