AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb

Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb

İdman
14 Aprel 2021, 17:30 818
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin futbol federasiyaları arasında əməkdaşlıq barədə saziş imzalanıb.
Kaspi.az-ın məlumatına görə, sazişə əsasən, təşkilatın üzv ölkələri arasında turnirlərin, yoldaşlıq görüşlərinin, birgə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, saziş uşaq futbolu, tədris, hakimlik sahələrində əməkdaşlığı nəzərdə tutur.
Sazişi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Macarıstan futbol federasiyalarının rəhbərləri imzalayıb.












Ad - 00:08


ƏTRAFLI
BOSCH Azerbaijan



İmzalanma mərasimində, həmçinin Türk Şurasının baş katibi Bağdad Amreyev də iştirak edib.