AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Turizm perspektivləri müzakirə edildi

Turizm perspektivləri müzakirə edildi

Təfsilat
20 Aprel 2021, 16:00 963
Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri, COVID-19 pandemiyası dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bahrom Aşrafxanovla aprelin 20-də baş tutmuş görüşündə müzakirə edilib.

Kaspi.az xəbər verir ki, görüşdə, həmçinin postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasında maraq ifadə edilib.

Aprelin 20-də Fuad Nağıyev Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodrigo Labardini Floreslə də görüşüb.

Tərəflər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü vurğulayıblar.

Görüşlərdə, vaksinasiya prosesinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu proses sərhədlərin açılmasına, eləcə də beynəlxalq turizmin bərpasına töhfə verəcək.