• cümə, 02 May, 09:08
  • Baku Bakı 13°C

Tbilisidə azərbaycanlı alim Camal Mustafayevin xatirəsi anılıb

24.12.18 10:30 660
Tbilisidə azərbaycanlı alim Camal Mustafayevin xatirəsi anılıb
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində azərbaycanlı alim, fəlsəfə elmləri doktoru Camal Mustafayevin xatirəsi anılıb.
AZƏRTACxəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev çıxış edərək professor Camal Mustafayev haqqında fikirlərini bölüşüb, alimin elm və təhsil sahəsindəki xidmətlərindən söhbət açıb.
Bildirilib ki, professor Camal Mustafayev 1928-ci ildə Qardabani rayonunun Kosalı kəndində anadan olub və 2017-ci ildə dünyasını dəyişib. Onun yazdığı elmi əsərlər, monoqrafiya və məqalələr bu gün də fəlsəfə elmi ilə məşğul olanlar üçün zəngin məlumat mənbəyidir.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, şair Rafiq Hümmət, qocaman jurnalist Emin Elsevər, parlamentin keçmiş deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, politoloq Tengiz Txilava, şairlərdən Elbəyi Calaloğlu, Şövkət Dağlarqızı və başqaları çıxış edərək müdrik ağsaqqal, gözəl pedaqoq Camal Mustafayevlə bağlı xatirələrini, alimin fəlsəfi əsərləri barədə fikirlərini bölüşüblər.
Çıxışlarda alimin irsinin Gürcüstan universitetlərində və kənd ictimai məktəblərində təhsil alan azərbaycanlı tələbə və şagirdlər arasında təbliğ edilməsi, Kosalı kənd ictimai məktəbinə onun adının verilməsi təklifləri səsləndirilib.
Tədbir Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi və Gürcüstan Aşıqlar Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
banner

Oxşar Xəbərlər