• cümə, 29 Mart, 00:06
  • Baku Bakı 7°C

Tarix İnstitutu: Terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir

16.10.17 11:55 1437
Tarix İnstitutu: Terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir
Müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir.
AZƏRTACxəbər verir ki, bu fikir oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda keçirilən seminarda səsləndirilib. Tədbir AMEA-nın Tarix İnstitutunun və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə dəyərlərimizin, milli maraqlarımızın və mənafelərimizin qorunması son dərəcə önəmlidir. O deyib: "Bu gün dünya ictimaiyyətinin bəzi dairələrində bizim həqiqətləri görmək istəmirlər. Bu, alimlərimizi narahat edir. Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır”.
Dünyanın bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzə olduğunu diqqətə çatdıran institut direktoru deyib: "Dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman aləmində bilərəkdən qarşıdurmalar yaradılır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatı var. Amma açıq-aşkar islamofobiya siyasəti yeridilir. Prezident İlham Əliyev ölkəmizdə multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan dövlət başçımızın təşəbbüsü və himayəsi ilə keçirilən dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında mühüm rol oynayır. Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Prezident İlham Əliyev özünün parlaq çıxışında müasir dünyada cərəyan edən münaqişələrin həllinin, xalqların və dövlətlərin suveren hüquqlarının təmin olunmasının obyektiv və real yollarını açıqladı və erməni faşizminin riyakar rolunu ifşa etdi”.
Tədbirdə Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin "Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində fəaliyyəti”, Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun "Müasir dövrdə "islam həmrəyliyi”nin aktual problemləri” mövzusunda məruzələri dinlənilib.
Digər çıxış edənlər də bildiriblər ki, dövlətimizin suverenliyi və təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər kəs üçün əsas meyar olmalıdır.
banner

Oxşar Xəbərlər