• şənbə, 20 Aprel, 09:26
  • Baku Bakı 14°C

ÜST: Dünya COVID-19-a yoluxma “vadisinə” çıxıb, lakin sayıqlığı itirməməliyik

11.05.21 18:15 1057
ÜST: Dünya COVID-19-a yoluxma “vadisinə” çıxıb, lakin sayıqlığı itirməməliyik
Qlobal səviyyədə COVID-19-a yoluxma ilə bağlı yeni halların sayı artmır. ÜST-də bildirirlər ki, dünya COVID-19-a yoluxma "vadisinə” çıxıb, bəzi regionlarda isə, məsələn yaxın vaxtlara qədər yoluxmaların sayına görə liderlik edən Şimali və Cənubi Amerikada, həmçinin Avropada yoluxma göstəriciləri azalmağa başlayıb.
Bununla belə, ÜST-nin rəhbəri Tedros Gebreyesus Cenevrədə keçirilən brifinqdə həmin göstəricilərin hələ də yüksək olduğunu bildirib.AZƏRTACxəbər verir ki, ötən həftə ərzində 5,4 milyon yeni yoluxma faktı qeydə alınıb, 90 min nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.
Hindistanda hər gün 350-370 min yeni yoluxma qeydə alınır. Doktor Tedros Gebreyesus ÜST-nin "Hindistanın xatirinə birləşək” adlı yeni təşəbbüsünü elan edib. Təşkilat həmin təşəbbüs çərçivəsində bu ölkədə pandemiyaya qarşı mübarizənin dəstəklənməsi üçün vəsait toplayacaq. Yığılan pullar, o cümlədən, oksigen balonları, fərdi müdafiə vasitələri və dərman alınmasına sərf ediləcək.
ÜST rəhbəri bir daha vurğulayıb ki, əgər planetin sakinlərinin əksəriyyəti peyvəndlənməsə, pandemiyaya qalib gəlmək mümkün olmayacaq.
banner

Oxşar Xəbərlər