• şənbə, 27 Iyul, 05:42
  • Baku Bakı 27°C

Son zamanlar dövlət qurumlarını hədəf alırlar

03.02.24 00:18 3310
Son zamanlar dövlət qurumlarını hədəf alırlar

2023-cü il ərzində dövlət qurumlarının informasiya sistemlərində çoxsaylı audit aparılıb və 697 nöqsan aşkarlanıb. Ötən il bu rəqəm 597 olub və builki göstərici ötən il ilə müqayisədə 20 faiz çoxdur. 

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O bildirib ki, bu rəqəm Dövlət informasiya sistemlərində tapılan boşluqlar əsasında yazılan hesablar, sızmış məlumatlar əsasında müəyyən olunan çatışmazlıqların hesabat sayıdır:

“Ötən il ilə müqayisədə insidentlərin sayı çox deyil. İllik açılan sorğu sayı 7081 olub. Onun da 6649-u emal olunaraq bağlanıb. İndikatorlarla dövlət qurumlarından daxil olan insidentləri araşdırırıq və zəruri indikatorlar bloklanır. İl ərzində statistikaya baxsaq dövlət qurumların müəyyən dövrlərdəki aktivliyini də müəyyənləşdirmək olar. İllik nəticəyə əsasən tərəfimizdən aparılan monitorinq nəticəsində 517 kiberhücum indikatoruna, qurumların təqdim etdiyi insidentlərin araşdırılması nəticəsində isə 674 xüsusi kiberhücum indikatoru müəyyən edilərək bloklanıb. Bu da yüzlərlə kiberhücumun qarşısının alınması deməkdir. Dövlət qurumlarına diqqətli olmalarını və ən kiçik anomaliya halları zamanı dərhal bizə məlumat vermələrini tövsiyə edirik”.

“Son zamanlar dövlət qurumlarını hədəf alırlar. Bu məlumatı biz saytlarımızda da yerləşdirmişik”, - Tural Məmmədov deyib.  O bildirib ki, böyük qurumları hədəf alan linklər olub:

“İl ərzində 323 yeni subdomen, 119 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu da yeni informasiya sistemlərinin artımını göstərir. Bir çox sahələrin elektronlaşdırılması, eləcə də təhlükəsizlik məsələlərini də ön plana keçirir. Biz artıq bu sahəyə daha çox resurs ayırırıq. 2023-cü il ərzində 186 saxta domen aşkarlanıb və bloklanıb. Bu da dövlət qurumlarının adlarına bənzədilmiş saxta domenlərdir. Adlara baxdıqda daha çox hansı dövlət qurumlarının hədəf alındığı aşkardır. Hakerlər bununla insanları aldadaraq, onların informasiyalarını oğurlamağı hədəfləyiblər”.

banner

Oxşar Xəbərlər