• cümə, 29 Mart, 00:15
  • Baku Bakı 7°C

SOCAR: “Star” neft emalı zavodunda işlərin 93 faizi tamamlanıb

19.08.17 17:00 1196
SOCAR: “Star” neft emalı zavodunda işlərin 93 faizi tamamlanıb
"Star” neft emalı zavodunda işlərin 93 faizi tamamlanıb.
AZƏRTACSOCAR-a istinadla xəbər verir ki, zavodun 2018-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Qeyd edək ki, SOCAR 5,7 milyard dollar kapitalla zavodun tikintisini Türkiyədə, "Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirir.
Xatırladaq ki, "Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, "Goldman Sachs” - 13 faiz.
banner

Oxşar Xəbərlər