• cümə axşamı, 25 aprel, 23:41
  • Baku Bakı 21°C

SOCAR köhnə neft-qaz yataqlarını bərpa etmək niyyətindədir

19.08.17 22:30 1751
SOCAR köhnə neft-qaz yataqlarını bərpa etmək niyyətindədir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra köhnə yataqları bərpa etmək niyyətindədir.
Bunu Trend-ə SOCAR-dakı mənbə bildirib.
Qeyd olunur ki, hazırda iki milyard tondan çox neft, 170 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu 20 köhnə yataq mövcuddur.
Bundan başqa, SOCAR köhnəlmiş yataqlarda 900-ə yaxın neft və qaz quyusunu ləğv etməyi planlaşdırır.
Bu qərar quyuların fiziki və texniki cəhətdən sıradan çıxması ilə əlaqədardır.
banner

Oxşar Xəbərlər