SOCAR-ın qeyri-neft ixracından gəliri artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 140,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk dörd ayı ilə müqayisədə 19 milyon ABŞ dolları və ya 15,6% çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
