Sizə həkim lazımdı?
Bir neçə ildir parlamentin plenar iclasında “Ailə həkimi” haqqında qanun layihəsinin müzakirə olunacağı ilə bağlı informasiyalar gündəmə çıxsa da, xəbər elə xəbər olaraq qalır. Millət vəkili Musa Quliyev qəzetimizə açıqlamasında belə bir adda qanun layihəsinin, ümumiyyətlə, mövcud olmadığını bildirdi: “Amma “Ailə həkimi” haqqında qanun layihəsi hazırlanıb qəbul olunsaydı, yaxşı olardı. Belə bir qanuna ehtiyac var”.
Ailə həkiminin vəzifələri
Həkim-ekspert Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, ailə həkimləri təxmini olaraq sovet dövründəki sahə həkimləri ilə eyni işi görür: “Sovet dövründə sahə həkimləri sahədəki xəstələrin müşahidəsi, monitorinqi, ambulator müalicəsi ilə məşğul olurdular. Eyni zamanda, xəstələrə profilaktik nəzarət edir, peyvəndləmənin həyata keçirilməsi və s. ilə məşğul idilər. İndi isə sahə həkiminin əvəzinə ailə həkimi var”.
A.Qeybullanın sözlərinə görə, ailə həkimi sahə həkimindən fərqli olaraq bir neçə ailəyə xidmət edir: “Bu say ölkələrdə fərqlidir. Məsələn, Almaniyada 1 ailə həkimi 15-dən yuxarı ailəyə xidmət göstərə bilməz. Çünki bir həkimin 15-dən yuxarı ailəni daimi nəzarətdə saxlaması, həmin ailələrdəki insanların xəstəliklərinin təhlilini, monitorinqini aparması fiziki cəhətdən mümkün deyil. Ailə həkimi ailədəki irsi xəstəlikləri, hər bir ailə üzvünün xəstəlik tarixçəsini bilir. Bu da diaqnostika imkanlarını artır. Ailə həkimləri xəstəyə diaqnozu vaxtında qoyub onu lazımi statuslu həkimin yanına göndərmək imkanı yaradır. Bu zaman ailə həkimi böyrəyi ağrıyanı nefroloqun, ürəyi ağrıyanı kardioloqun yanına göndərir. Yəni xəstənin ağrıyan bir yerindən ötəri diaqnozunun dəqiq qoyulması üçün vaxt itirərək bir neçə həkimin yanına getməsinə ehtiyac qalmır”.
Həkimi kim maliyyələşdirsin?
A.Qeybullanın fikrincə, ailə həkimi institutu Qərb təbabətində təşəkkül tapmış uğurlu bir üsul olduğu üçün biz də ailə həkimi variantına keçməliyik: “Azərbaycan bu gün Rusiya təbabətindən Qərb təbabətinə keçir. Burada bir çox məsələlər var ki, onlar korreksiya olunmalı, Qərb standartlarına uyğunlaşdırılmalıdır. O cümlədən sığorta təbabətinin bir komponenti kimi ailə həkimi məsələsi də həll edilməlidir. Sığorta təbabətində belədir ki, işləyən adamlar öz maaşlarından sığortalanırlar, işləməyən adamlar isə ya dövlətdən, ya da qeydiyyatda olduqları Əmək birjalarından sığortalanırlar. Ailə həkiminin məvacibi də həmin sığorta xətti ilə adını çəkdiyim strukturlardan onun maaşına daxil olur. Xidmət göstərdiyi ailənin ödədiyi vəsait də ailə həkiminin maaşının tərkib hissəsidir. Yəni ailə həkiminin gəlirləri həm ailənin, həm də müəyyən sığorta fondlarının və s. hesabına ödənilə bilər, ya da dövlətin ona ayırdığı müəyyən miqdarda məvacib bura daxil ola bilər. Yəni burada mexanizmlər çoxdur”.
Ekspert bildirdi ki, Azərbaycan reallığında ailə həkiminin ailənin büdcəsi hesabına maliyyələşdirilməsi həyata keçirilə bilməz: “Çünki ailələrin büdcəsi buna imkan vermir. Hesab edirəm ki, sosial müdafiə elementlərini işə salmaqla digər mexanizmlər fikirləşilə bilər. Amerika, Avropa və türkiyədə ailə həkimi tam olaraq ailənin maddi vəsaiti hesabına saxlanılır. Gələcəkdə bizdə də sözügedən ölkələrdə işlədilən qaydalar tətbiq edilə bilər. Burada ancaq leqal ödəmələrdən söhbət gedir”.
“Qanuna ehtiyac yoxdur”
Ailə həkimlərinin daxili xəstəliklər üzrə ümumi həkim, terapevt olduğunu deyən A.Qeybulla xaricdə ailə həkimi adlı xüsusi ixtisasın olduğunu bildirdi: “Xəstəxanada işləyən hər hansı həkim ailə həkimi kimi çalışa bilməz. Ailə həkimliyi ayrıca ixtisas olaraq daha çox daxili xəstəlikləri əhatə edir. Tibb təhsilinin ən yüksək mərhələsi olan rezidentura ailə həkimləri üçün xüsusi qaydada aparılır. Bu həkimlər bütün xəstəliklər barədə məlumata malik olmalı, diaqnoz qoymağı bacarmalıdırlar”.
A.Qeybulla ailə həkimi institutunun Azərbaycanda yaradılması üçün xüsusi qanuna ehtiyac olmadığını deyir: “Bu, səhiyyə islahatlarının tərkib hissəsi olmalıdır. Ailə həkiminin səlahiyyətləri, hüquqları, digər tibb strukturları ilə münasibəti və s. ümumi səhiyyə qanununda göstərilir və bu məsələ qanunla tənzimlənir”.
Kəndlərimizdə ailə həkimi varmış
Məsələyə münasibət bildirən Tibb Universitetinin kafedra müdiri, professor Mustafa Salihov bildirib ki, kəndlərimizin əksəriyyətində ailə həkimləri fəaliyyət göstərir: “Kənd xəstəxanalarında işləyən həkimlər ailə həkimi adlanırlar. Ailə həkimi Tibb Universitetini qurtaran mütəxəssisə deyilir, bu mütəxəssis ailəyə xidmət edir. İlkin tibb xidmətini bacaran həkimə deyilir.
500 adama 1 həkim
Xaricdə bir həkimin 10-15 ailəyə xidmət göstərməsinə gəlincə, M.Salihov bildirdi ki, Azərbaycanda bir həkim 500-ə yaxın adama xidmət edəcək: “Bəlkə də qanun qəbul olunandan sonra bütün bu məsələlər öz həllini tapacaq. Ancaq bu dəqiqə respublikada ailə həkimləri var və fəaliyyət göstərir. Şəhərdə hələlik sahə həkimləri öz fəaliyyətlərini göstərə bilmirlər, amma kəndlərimizin əksəriyyətində ailə həkimi var. Bir ailə həkimi bütöv bir kəndə xidmət edir”.
Professor ailə həkiminin üstünlüklərindən də danışdı: “Kimsə xəstələnir və kardioloqun yanına gəlir. Kardioloq deyir ki, səndə ürək problemi var, ancaq deyəsən mədəndə də problem var. Kardioloq 2 dərman yazıb xəstəni qastrentroloqun yanına göndərir. Qastrentroloq deyir ki, mədə-bağırsaq sistemində problemlər var. O da 2-3 dərman yazıb revmatoloqun yanına göndərir və s. Yazıq xəstə bir dövrəyə düşür və dövrədən çıxmaq üçün çətinlik çəkir. Həmin reseptləri ailə həkiminə göstərir və ailə həkimi xəstəyə hansı dərmanları alacağını məsləhət görür. Çünki ailə həkimi ailədəki genetik, eyni zamanda xəstənin indiyədək keçirdiyi xəstəlikləri, xəstənin vərdişlərini bildiyindən buna uyğun qərar verir. Ailə həkimi dünyanın gələcəyidir və ölkələrin 80-90 faizində bu sistem qəbul olunub. Bizdə yavaş-yavaş tərpəniş var. Bəlkə də qanun qəbul olunandan sonra bu problem həllini tapacaq”.
M.Salihov Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə həkimi olmaq istəyənlərin 5-6 aylıq kurs keçdiklərini də bildirdi: “Ancaq ailə həkimi olmaq istəyənlər 2-3 il təhsil almalıdır. Bu ildən bəlkə Tibb Universitetində rezidenturada ailə həkimləri də hazırlanmağa başlayacaq”.
Lalə Musaqızı