• cümə, 19 Aprel, 22:37
  • Baku Bakı 24°C

Sinoptiklər xəbərdarlıq etdi

01.07.13 10:58 1442
Sinoptiklər xəbərdarlıq etdi
İyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir, axşam buludluğunun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturunun gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 34-39, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında arabir güclənəcək şimal küləyinin sürətinin bir qədər artması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
banner

Oxşar Xəbərlər