• cümə, 29 Mart, 05:57
  • Baku Bakı 7°C

“Şimal-Qərb” RETSİ qışa hazırdır- İNFOTUR

16.10.17 16:11 2500
“Şimal-Qərb” RETSİ qışa hazırdır- İNFOTUR
"Azərişıq” ASC 20 Oktyabr - Energetika günü münasibətilə "Şimal-Qərb”Regional elektrik təhcizatı və satışı idarəsində qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün infotur təşkil edib. İnfoturda jurnalistlərə verilən məlumata görə, Şamaxı rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün Şamaxı EŞ-nin balansında olan 392 ədəd transformator cari, 34 ədəd transformator isə əsaslı təmir transformator məntəqələrinə 30 ədəd rubilnik (ayrıcı) quraşdırılıb, aşinovka kabelləri dəyişdirilib, yağ əlavə edilib və 92 ədəd transformator məntəqəsinin ətrafı təmizlənib.
2017-ci ilin 9 ayı ərzində Şamaxı rayonu ərazisində 205 abonentə yeni sayğac quraşdırılıb və 1981 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilib.
İsmayıllı rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün İsmayıllı EŞ-nin balansında olan 10/0,4 kV-luq 48 ədəd transformator cari, 9 ədəd transformator isə əsaslı təmir edilməklə 10/0,4 kV-luq transformator məntəqələrinə 16 ədəd rubilnik (ayrıcı) quraşdılıb, aşinovka kabelləri dəyişdirilib, yağ əlavə edilib və 65 ədəd transformator məntəqəsinin ətrafı təmizlənib.
Rayonun qəsəbə və kəndlərində 0,4 kV-luq elektrik veriliş xətlərində 250 ədəd yeni metal və dəmir-beton dayaq basdırılıb, 12,5 metr məsafədə ÖDİN çəkilib, 6,2 km məsafədə təmir işləri aparılmış və payız-qış mövsümünə hazırlıqla əlaqədar yenidənqurma, təmir-bərpa işləri aparılmışdır və bu istiqamətdə işlər davam etdirilir. 2017-ci ilin 9 ayı ərzində İsmayıllı rayonu ərazisində 227 abonentə yeni sayğac quraşdırılmıb və 405 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilib.
Qəbələ rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün Qəbələ PŞS-nin balansında olan 10/0,4 kV-luq 34 ədəd transformator cari, 18 ədəd transformator isə əsaslı təmir edilməklə 10/0,4 kV-luq transformator məntəqələrinə 12 ədəd rubilnik (ayrıcı) quraşdırılıb, aşinovka kabelləri dəyişdirilib və 235 ədəd transformator məntəqəsinin ətrafı təmizlənib.
2017-ci ilin 9 ayı ərzində Qəbələ rayonu ərazisində 518 abonentə yeni sayğac quraşdırılmış və 1617 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilib.
Oğuz rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması istiqamətində 35/10 kV-luq Oğuz Y/st-da 2 ədəd 10 MVA gücündə transfarmator quraşdırmaqla yeni müasir tipli yarımstansiya tikintisi başa çatmaq üzrədir.
2017-ci ilin 9 ayı ərzində Oğuz rayonu ərazisində 111 abonentə yeni sayğac quraşdırılmış və 1236 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilmişdir.
Kənar müdaxilələrin qarşısının alınması və uçot işinin yaxşılaşdırılması üçün Oğuz rayonu Qarabaldır, Kərimli, Sincan. Yemişənli və Padar kəndlərində 80 abonentin uçot sayğac dəsti həyətyanı sahədən çölə çıxarılıb.
Şəki rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün Şəki EŞ-nin balansında olan 6/10/0,4 kV-luq 97 ədəd transformator cari, 26 ədəd transformator isə əsaslı təmir edilməklə 6/10/0,4 kV-luq transformator məntəqələrinə 16 ədəd rubilnik (ayrıcı) quraşdırılmış, aşinovka kabelləri dəyişdirilib, yağ əlavə edilib və 34 ədəd transformator məntəqəsinin ətrafı təmizlənib.
2017-ci ilin 9 ayı ərzində Şəki rayonu ərazisində 389 abonentə yeni sayğac quraşdırılıb və 2270 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilib.
Qax rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün Qax EŞ-nin balansında olan 110 kV-luq I və II-ci Zaqatala h/x-dən doyan 110/35/10 kV-luq "Şıxlar” Y/st-dan çıxan 35 kV-luq h/x-dən qidalanan, 1958-ci ildə inşa edilmiş 35/10 kV-luq "Qax” Y/st-sı təmamilə ləğv edilərək yeni müasir avropa standartlarına uyğun 110/35/10 kV-luq Y/st-ya quraşdırılıb. Həmin Y/st-nın qidalandırılması üçün 78 ədəd yeni dayaq basdırılaraq 12 km uzunluğunda 110 kV-luq elektrik verilişi xətti çəkilib.
2017-ci ilin 9 ayı ərzində Qax rayonu ərazisində 223 abonentə yeni sayğac quraşdırılmış və 1726 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilmişdir.
Balakən rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün Balakən EŞ-nin balansında olan 6/10/0,4 kV-luq 32 ədəd transformator cari, 11 ədəd transformator isə əsaslı təmir edilməklə 6-10/0,4 kV-luq transformator məntəqələrinə 16 ədəd rubilnik (ayrıcı) quraşdırılmış, aşinovka kabelləri dəyişdirilib, yağ əlavə edilib və 43 ədəd transformator məntəqəsinin ətrafı təmizlənib.
Zaqatala rayonu üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün Zaqatala EŞ-nin balansında olan 10/0,4 kV-luq 45 ədəd transformator cari, 19 ədəd transformator isə əsaslı təmir edilməklə 10/0,4 kV-luq transformator məntəqələrinə 19 ədəd rubilnik (ayrıcı) quraşdırılıb, aşinovka kabelləri dəyişdirilib, yağ əlavə edilib və 80 ədəd transformator məntəqəsinin ətrafı təmizlənib.
2017-ci ilin 9 ayı ərzində Zaqatala rayonu ərazisində 579 abonentə yeni sayğac quraşdırılıb və 1717 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilib.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər