• cümə, 29 Mart, 18:22
  • Baku Bakı 14°C

Şeyxülislamın qudasının oğlunun şikayəti təmin olunmayıb

20.09.17 11:50 1387
Şeyxülislamın qudasının oğlunun şikayəti təmin olunmayıb
Bakı Apellyasiya Məhkəməsində sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, Ə. Salahzadə bir neçə gün əvvəl həbs edilib.Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onunbarəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Salahzadə "Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
banner

Oxşar Xəbərlər