• cümə, 29 Mart, 19:42
  • Baku Bakı 14°C

Sərhədi qanunsuz keçmək istəyən pakistanlılar saxanılıb

25.03.23 15:00 398
Sərhədi qanunsuz keçmək istəyən pakistanlılar saxanılıb

Şəmkirdən Gürcüstana qanunsuz keçmək istəyən pakistanlılar saxanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 24-də saat 15:35-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 Pakista vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

banner

Oxşar Xəbərlər