• cümə axşamı, 28 mart, 20:00
  • Baku Bakı 13°C

Şəmkirdə 13 yaşlı qızı maşınla vuraraq qaçan sürücü həbs edilib

13.08.17 15:19 1578
Şəmkirdə 13 yaşlı qızı maşınla vuraraq qaçan sürücü həbs edilib
Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.
Şəmkir rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, avqustun 12-də Şəmkir rayon Mahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Elmar Malik oğlu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi "VAZ-2121” markalı, 10-MO-474 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Düzqışlaq kəndi ərazisində yol kənarında duran, həmin kənd sakini, 2004-cü il təvəllüdlü Qasımova Ella Namiq qızını vuraraq hadisə yerindən qaçıb. Nəticədə sonuncu aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Şəmkir rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma)maddələri ilə cinayət işi başlanıb. Rayonunun polis və prokurorluq əmkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan E. Qasımov tutularaq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər